28 
Dek
2018
17:14
22
55
5162
Virtual karabakh

AFFA U-21 millisinə baş məşqçi namizədini açıqladı

28 Dek, 2018
17:14
5162

AFFA U-21 millisinə baş məşqçi namizədini açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AFFA-nın Məşqçilər Komitəsinin və baş katibliyin birgə fəaliyyəti çərçivəsində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə müxtəlif mütəxəssislərin namizədliyi müzakirə olunub və həmin məşqçilərlə görüşlər keçirilib. 

Oxu.Az xəbər verir ki, hazırda U-21-in baş məşqçisi vəzifəsinə namizəd serbiyalı mütəxəssis Milan Obradoviçdir.

Bütün şərtlərlə bağlı qarşılıqlı razılıq əldə ediləcəyi təqdirdə, Azərbaycan U-21 millisinin baş məqşçisi vəzifəsi Məşqçilər Komitəsinin təqdimatına əsasən, Milan Obradoviçə həvalə olunacaq.

AFFA-nın Məşqçilər Komitəsi və baş katibliyin birgə müzakirələri, Məşqçilər Komitəsinin müvafiq təqdimatına əsasən, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında 2019-cu ilin oktyabr ayında keçiriləcək Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək Azərbaycan U-19 milli komandasının hazırlıq prosesinə start verilməsi məqsədilə baş məşqçi vəzifəsi Samir Əliyevə həvalə olunub.

Qeyd edək ki, U-21-də əvvəlki baş məşqçi Rəşad Sadıqov idi.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri