28 
Dek
2018
17:54
14
88
6884
Virtual karabakh

Vaqif Sadıqov millilərə yeni baş məşqçilərin təyinatından danışdı

28 Dek, 2018
17:54
6884

Vaqif Sadıqov millilərə yeni baş məşqçilərin təyinatından danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AFFA İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov U-19 millimizin baş məşqçi postunda dəyişiklik olmadığını bildirib.

Buna Oxu.Az-a açıqlamasında Sadıqov belə izah edib:

“Vüqar Məmməd postundan ayrılmayıb. Sadəcə olaraq, onun komandası gələn ildən Avropa çempionatının elit mərhələsində faktiki olaraq U-20 komandası olacaq. Elit mərhələyə komandanı o hazırlaşdıracaq. Samir Əliyev isə U-19 komandasının, yəni 2001 təvəllüdlü futbolçuların yanvar ayından etibarən boş qalmaması üçün onları Avropa çempionatının ilkin seçmə mərhələsi üçün indidən hazırlaşdıracaq”.

Vaqif Sadıqov U-21 millisinə isə serbiyalı Milan Obradoviçin təyinatı haqda belə deyib:

“Obradoviçin namizədliyi müzakirə olundu və qərara gəldik ki, bu, ən yaxşı seçimdir. Demək olar ki, o, artıq U-21-ə təyin olunub. Sadəcə olaraq, onun müqavilə məsələlərində razılaşma qalıb. Onu U-21-in baş məşqçisi saymaq olar”.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri