Yan
2019
10:44
62
8
2570
Virtual karabakh

Karate millimiz 2019-cu ilə başladı

8 Yan, 2019
10:44
2570

Karate millimiz 2019-cu ilə başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Karateçilərimiz 2019-cu il mövsümünün hazırlıqlarına başlayıb. 

Oxu.Az xəbər verir ki, bu məqsədlə yanvarın 5-dən etibarən Qəbələdə böyüklərdən ibarət milli komandanın təlim-məşq toplanışı keçirilir.

Baş məşqçi Bahəddin Kandaz, böyük məşqçilər – Şahin XudaverdiyevQurban Tağıyev (kumite) və Vahid Ayvazovun (kata üzrə baş məşqçi) rəhbərliyi ilə hazırlıqlara milli komandanın əsas və əvəzedici heyəti qatılıb.

Mövsümün ilk təlim-məşq toplanışı yanvarın 21-də başa çatacaq. Karateçilərimiz ayın 23-ü Fransaya – Karate1 Paris Premyer Liqasına yola düşəcək. İlboyu milli komandamızı Paris, Dubay, Rabat, Şanxay, Tokio, Moskva və Madriddə  Premyer Liqa yarışları, Zalsburq, İstanbul, Monreal və Santyaqoda A seriyası turnirləri, həmçinin, martın sonunda İspaniyanın Qvadalaxara şəhərində 54-cü Avropa çempionatı gözləyir.

Qeyd edək ki, Karate1 seriyasından olan Premyer Liqa və A seriyası turnirləri də daxil olmaqla, bu rəsmi yarışlar idmançılara dünya reytinqindən əlavə, Tokio 2020 Yay Olimpiya Oyunlarına lisenziya verən reytinq xalları qazandırır.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri