Yan
2019
00:58
198
24
2911
Virtual karabakh

Qarabağ qaziləri türkiyəli həmkarları ilə futbol oynadı - FOTO

9 Yan, 2019
00:58
2911

Qarabağ qaziləri türkiyəli həmkarları ilə futbol oynadı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 3-də Türkiyənin veteranlardan ibarət “Türk Silahlı Qüvvələri” amputant futbol komandası ilə yoldaşlıq görüşü keçirmiş Azərbaycanın “Qarabağ qaziləri” Amputant Futbol Federasiyasının əlillərdən ibarət Qarabağ qaziləri komandası bu gün Bakıya dönüb.

Oxu.Az xəbər verir ki, Azərbaycan komandasının “Türk Silahlı Qüvvələri” ilə yoldaşlıq görüşü 4:4 hesablı heç-heçə ilə başa çatıb. 

Səfər çərçivəsində “Qarabağ qaziləri” Amputant Futbol Federasiyasının nümayəndələri və milli komandanın üzvləri Türkiyə daxili işlər naziri Süleyman Soylu ilə görüşüblər. Onlar həmçinin Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Ankaradakı abidəsini və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün Ankarada dəfn olunduğu məqbərəni – Anıtqəbiri ziyarət ediblər.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri