Yan
2019
14:52
54
24
4020
Virtual karabakh

London derbisində “mahmızlar” sevindi - VİDEO

9 Yan, 2019
14:52
4020

London derbisində “mahmızlar” sevindi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərə Liqa Kubokunun yarımfinal mərhələsinin ilk oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, ilk görüşdə London derbisi baş tutub.

Belə ki, “mahmızlar” ləqəbli “Totenhem” “Uembli” stadionunda əzəli rəqiblərindən olan “Çelsi”ni qəbul edib. Komandalar bir neçə gün əvvəlki İngiltərə Kuboku matçından fərqli olaraq, görüşə əsas heyətlə çıxıb.

Matçda bir qol vurulub. Yeganə qolu İngiltərə millisinin və “Totenhem”in hücumçusu Hari Keyn vurub. O, 27-ci dəqiqədə penaltidən fərqlənib.

Bu komandalar arasında finala çıxmaq üçün cavab oyunu yanvarın 24-də “Stemford Bric”də baş tutacaq. Yarımfinalın digər görüşündə isə bu gün Bakı vaxtı ilə saat 23:45-də “Mançester Siti” öz meydanında II divizion klubu “Börton Albion”u qəbul edəcək.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri