10 
Yan
2019
09:54
64
20
4448
Virtual karabakh

“Mançester Siti”dən doqquz cavabsız qol - VİDEO

10 Yan, 2019
09:54
4448

“Mançester Siti”dən doqquz cavabsız qol - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mançester Siti” İngiltərə Liqa Kubokunda II divizion klubu “Börton Albion”u darmadağın edib.

Oxu.Az xəbər verir ki, “şəhərlilər” “Etihad”da rəqibinə doqquz cavabsız qol vurub.

İlk hissədə dörd, fasilədən sonra beş qola imza atılıb.

Görüşdə braziliyalı hücumçu Qabriel Jezus poker edib. Digər beş qola isə Kevin de BröyneAleksandr Zinçenko, Filip Foden, Kayl Uolker və Riyad Mahrez imza atıb.

Bu qələbə ilə İngiltərənin son çempionu finala vəsiqəni faktiki olaraq təmin edib.

Qeyd edək ki, tərəflər arasında cavab oyunu yanvarın 23-də keçiriləcək. Görüş iki min oturacağı olan “Pirelli” stadionunda keçiriləcək.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri