10 
Yan
2019
11:43
234
19
8820
Virtual karabakh

Azərbaycanın tanınmış idmançısı UFC-dən təklif alıb

Azərbaycanlı döyüş samboçusu Bəxtiyar Abbasov MMA turnirlərinin ən məşhuru olan UFC-də çıxış edə bilər.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, 33 yaşlı idmançımız bu turnirdən təklif alıb.

Ancaq peşəkar MMA-da 17 qələbəsi və beş məğlubiyyəti olan idmançımızın bu turnirdə iştirakı promouterlərin son cavabından asılıdır.

Yeri gəlmişkən, sambo millimizin baş məşqçisi Bəxtiyar Hacıyev isə saytımıza açıqlamasında bildirib ki, Bəxtiyar Abbasov fevralın 3-də böyüklər arasında Azərbaycan çempionatında iştirak edəcək.

Qeyd edək ki, UFC-nin yüngül çəkidə rusiyalı çempionu Həbib Nurməhəmmədov da əvvəl döyüş sambosu ilə məşğul olub.

Səbuhi MUSAYEV

www.oxu.az

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri