10 
Yan
2019
13:09
77
17
3305
Virtual karabakh

Remzi “Yuventus”da Ronaldudan sonra ən çox maaş alan futbolçu olacaq

Uels millisinin və İngiltərənin “Arsenal” komandasının futbolçusu Aaron Remzi İtaliyanın “Yuventus” klubu ilə anlaşıb.

Oxu.Az xəbər verir ki, Remzi beş illik müqavilə bağlayacaq.

Beş illik müqavilənin ümumi dəyəri 36 milyon funt (təxminən 78 milyon manat) təşkil edəcək.

O, mövsümə 7,2 milyon, həftəyə isə 140 min funt (304 min manat) qazanacaq. Bununla da Remzi “Yuventus”da portuqaliyalı ulduz Kriştianu Ronaldudan sonra ikinci ən çox maaş alan futbolçu olacaq. 

Remzi İtaliya çempionuna cari mövsümün sonunda qoşulacaq. Futbolçunun “Arsenal”la müqaviləsi mövsümün sonunda başa çatdığından, bu transferə görə “Yuventus” xərcə düşməyəcək.

Qeyd edək ki, Aaron Remzi 2008-ci ildə Uelsin “Kardif” klubundan 4,8 milyon funt qarşılığında transfer olunub. Daha çox dayaq yarımmüdafiəçisi kimi çıxış etmiş futbolçu London klubunda yalnız üç İngiltərə kuboku və bu ölkənin iki Superkubokunu qazana bilib. 

Səbuhi MUSAYEV

www.oxu.az

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri