11 
Yan
2019
10:37
96
26
2428
Virtual karabakh

İlin ilk yarışı üçün İsrailə gedəcək millimizin heyəti bəlli oldu

11 Yan, 2019
10:37
2428

İlin ilk yarışı üçün İsrailə gedəcək millimizin heyəti bəlli oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

24-26 yanvar tarixlərində cüdo idman növündə ilin ilk beynəlxalq turniri keçiriləcək.

Oxu.Az-ın xəbərinə görə, cüdo millimiz İsrailin paytaxtı Təl-Əvivdə Qran-Pri yarışına çıxacaq.

Millimiz orada 18 idmançı – 12 kişi və altı qadın cüdoçu ilə təmsil olunacaq. Həmin idmançılar bunlardır:

Kişi millimiz: Rövşən Əliyev, Rəşad Yelkiyev (hər ikisi -60 kq), Orxan Səfərov, İbrahim Əliyev (hər ikisi -66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi -73 kq), Murad Fətiyev (-81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi -90 kq), Elmar Qasımov (-100 kq), Uşanqi Kokauri, Şahin Qəhrəmanov (hər ikisi +100 kq);

Qadın millimiz: Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi -48 kq), Gültac Məmmədəliyeva, Buyanxişiq Purevsuren (hər ikisi -52 kq), İçinxorlu Munxtsedev (-57 kq), İrina Kindzerskaya (+78 kq).

Qeyd edək ki, bu yarışda 55 ölkədən 438 cüdoçu yarışacaq. Bunlardan 245-i kişi, 193-ü isə qadın idmançı olacaq.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri