11 
Yan
2019
15:49
45
44
6300
Virtual karabakh

“Barselona”nın oyununda üçlü simulyasiya - VİDEO

11 Yan, 2019
15:49
6300

“Barselona”nın oyununda üçlü simulyasiya - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniya Kubokunun 1/8 final mərhələsinin “Levante” – “Barselona” matçının ilk hissəsinin sonlarında maraqlı hadisə baş verib.

Oxu.Az xəbər verir ki, meydan sahiblərinin künc zərbəsindən standart vəziyyəti yerinə yetirməyə çalışdığı vaxt futbolçular arasında insident baş verib. 

Belə ki, “Levante”nin mərkəz müdafiəçisi Çema “Barselona”nın hollandiyalı qapıçısı Yasper Silesen və dayaq yarımmüdafiəçisi Serxio Busketsi ayağına çıxdıqları adı ilə dirsəyi ilə yüngülcə vurub. Lakin hər iki futbolçu gülməli şəkildə özünü yerə atıb.

Bu səbəbdən baş hakim qayda pozuntusu qeydə almayıb. Düzdür, komandalar fasiləyə çıxan zaman Yasper Silesen baş hakimə bununla bağlı etiraz edib. Lakin bu etirazın heç bir faydası olmayıb.

Bu hadisə sosial şəbəkədə “Barselona”nın sabiq braziliyalı futbolçusu Neymarın dünya çempionatı zamanı özünü qəsdən yerə atması ilə eyniləşdirilərək lağa qoyulub. 

Qeyd edək ki, ilk hissədə “Barselona” 0:2 hesabı ilə uduzub. Kataloniya təmsilçisinin fasilədən sonra yalnız bir qol vurmağa gücü çatıb. Həmin qol da penaltidən braziliyalı Filipe Koutinyo tərəfindən vurulub.

 

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri