12 
Yan
2019
12:18
217
18
2209
Virtual karabakh

Azərbaycana ilin ilk medallarını karateçilər qazandırdı

Karate üzrə yeniyetmələrdən ibarət milli komandanın üzvləri – Hüseyn Məmmədli (-57 kq) və Fidan Dadaşova (-47 kq) Xorvatiyanın Samobor şəhərində keçirilən 28-ci Qran Pri turnirinin mükafatçıları olub. 

Oxu.Az xəbər verir ki, H.Məmmədli qızıl medal, F. Dadaşova isə bürünc mükafat qazanıb. 

Dünən başlamış və sabah başa çatacaq ənənəvi yarışda yeniyetmə və gənclər seçmə komandamızın 22 üzvü iştirak edir. Qran Pri turnirinə 23 ölkədən 209 klubun tərkibində 1621 karateçi qatılıb.

Qeyd edək ki, Xorvatiya səfəri karateçilərimiz üçün 8-10 fevral tarixlərində Danimarkanın Albo şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

www.oxu.az

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri