14 
Yan
2019
16:46
118
34
7364
Virtual karabakh

“Qarabağ” daha bir sabiq futbolçusunu geri qaytarır?

14 Yan, 2019
16:46
7364

“Qarabağ” daha bir sabiq futbolçusunu geri qaytarır?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” daha bir sabiq futbolçusunu geri qaytara bilər.

Oxu.Az xəbər verir ki, sabiq braziliyalı futbolçuları – Reynaldo Silva Riçard Almeydanı heyətinə qatan Ağdam klubunun Pedro Enrikeni də geri qaytarmaq imkanı yaranıb.

Braziliyalı futbolçunun Qazaxıstanın “Astana” klubu ilə icarə müqaviləsi başa çatıb. Onun maliyyə problemləri yaranan Qazaxıstan klubuna dönməyəcəyi artıq dəqiqdir. İndi yarımmüdafiəçi ya müqavilə ilə bağlı olduğu Yunanıstanın PAOK klubuna dönməli, ya da “Qarabağ”a keçməlidir.

Pedro Enrike Qazaxıstanın Sports.kz saytına verdiyi açıqlamada isə hələlik müqavilə ilə məxsus olduğu Saloniki klubuna qayıdacağını bildirib:

“Fikrimcə, PAOK-a qayıdacağam. İndi, sadəcə, istirahət edirəm və hadisələrin gedişatını, situasiyanın 100 faiz aydınlaşmasını gözləyirəm. “Astana”da keçirdiyim aylar xoş olub”.

Yunanıstan mətbuatı isə bir neçə gün əvvəl onun PAOK-a qayıdışı baş tutmayacağı halda, Braziliyada karyerasını davam etdirəcəyini qeyd edib. Çünki futbolçu ailəsinə yaxın olmaq istəyir.

Qeyd edək ki, Pedro Enrike ötən mövsüm icarə əsasında “Qarabağ”da çıxış edib. Həmin vaxt təmsilçimizin heyətində 26 oyuna çıxan 28 yaşlı futbolçu altı qol vurub və iki məhsuldar ötürmə edib.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri