15 
Yan
2019
16:28
92
27
5872
Virtual karabakh

“Neftçi”nin ÇL iştirakçısı ilə oyununun vaxtı bilindi - YENİLƏNİB

15 Yan, 2019
16:28
5872

“Neftçi”nin ÇL iştirakçısı ilə oyununun vaxtı bilindi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Antalyada təlim-məşq toplanışında olan “Neftçi” PFK hazırlıq çərçivəsində əvvəlcədən nəzərdə tutulduğu kimi üç yox, dörd yoxlama oyunu keçirəcək.

Oxu.Az xəbər verir ki, buna səbəb İranın “Esteqlal” klubundan gələn təklifin müsbət dəyərləndirilməsidir. Komandamız yanvarın 20-də Tehran təmsilçisi ilə qarşılaşacaq. “Arslan Zəki Dəmirci” İdman Kompleksinin meydanında baş tutacaq görüş Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.

Xatırladaq ki, Manavqat bölgəsindəki “The Sense De Luxe” otelində məskunlaşan komandamız hazırlıq çərçivəsində yanvarın 18-də “Qaz Metan” (Rumıniya), 23-də “Slovan” (Liberets, Çexiya), 26-da isə “Beroe” (Bolqarıstan) klubları ilə qarşılaşacaq.

11:41

“Neftçi” İranın “Esteqlal” komandası ilə oyun keçirə bilər.

Oxu.Az xəbər verir ki, persianfootball.com saytı bu görüşün Antalyada baş tutacağını bildirib.

Görüşün dəqiq tarixi bəlli deyil.

“Neftçi”dən saytımıza verilən açıqlamada bu klubdan oyun keçirmək barədə onlara müraciət olunduğu təsdiqlənib. Lakin Bakı klubunun oyun proqramı əvvəldən tərtib olunduğundan, hələ bu barədə tam qərar verilməyib.

Qeyd edək ki, “Esteqlal” martda keçiriləcək Asiya Çempionlar Liqasının (ÇL) qrup mərhələsinə hazırlaşır. İranın bürünc mükafatçısı olan Tehran klubunu 2010/11 mövsümündə “Bakı”nın baş məşqçisi olmuş almaniyalı Vinfrid Şefer çalışdırır.

Səbuhi MUSAYEV 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri