15 
Yan
2019
17:52
21
162
5491
Virtual karabakh

İldırım çaxdı, braziliyalı futbolçunun ürəyi getdi - VİDEO

15 Yan, 2019
17:52
5491

İldırım çaxdı, braziliyalı futbolçunun ürəyi getdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Braziliyanın San-Paulu kubokunun 3-cü mərhələsi çərçivəsində keçirilən “Aqua Santa” - “Atletiko” matçında ildırım çaxmasından sonra meydan sahiblərinin müdafiəçisi Enrike huşunu itirib.  

Oxu.Az  xəbər verir ki, bu haqda “Sovetskiy Sport” məlumat yayıb.

“İldırım arena xaricində nəyəsə tuş gəldi, nəticədə, mən və “Atletiko” klubunun başqa bir futbolçusu bundan zərər çəkdik. Mənim başım gicəlləndi, ayaqlarım keyidi. Skamyaya qədər özüm çatdırsam da, çox keçmədən gözlərim yumuldu. Daha heç nəyi xatırlamıram”, - deyə futbolçu bildirib.

Bir müddət sonra klub rəsmiləri oyunçunun birbaşa olaraq ildırım cərəyanına məruz qalmadığını izah edib.

“Bizim futbolçu birbaşa elektrik cərəyanının təsirinə məruz qalmayıb. Sadəcə, güclü ildırımdan diksinib. Həkimlər onun qeydinə qalıb, hazırda özünü yaxşı hiss edir və xəstəxanada profilaktik prosedurdan keçəcək”, - deyə klubun bəyanatında deyilir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri