16 
Yan
2019
18:40
127
44
4141
Virtual karabakh

Pedro nə “Qarabağ”a gəlir, nə də “Astana”da qalmaq istəyir

16 Yan, 2019
18:40
4141

Pedro nə “Qarabağ”a gəlir, nə də “Astana”da qalmaq istəyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”ın braziliyalı sabiq legioneri Pedro Enrike gələcək taleyi haqda danışıb. 

Oxu.Az xəbər verir ki, 28 yaşlı cinah yarımmüdafiəçisi ötən yaydan çıxış etdiyi Qazaxıstanın “Astana” klubu ilə BƏƏ-də təlim-məşq toplanışına qatılmayıb. O bu klubu tərk etmək niyyətində olduğunu bildirib: 

“PAOK-a qayıtmaq istəyirəm. “Astana”yla Avropa Liqasında növbəti mərhələyə keçmədik və Qazaxıstan çempionatı martda startda götürəcəyindən, orda daha qalmaq istəmirəm. PAOK-a qayıdaraq komandaya kömək etmək istəyirəm. Klubun vitse-prezidenti Qiorqios Savvidislə telefonla danışdm və qayıtmağımla bağlı razılaşdıq. Ümid edirəm ki, həftə ərzində bu işlər yoluna qoyulacaq. Gözləyirəm ki, bütün detallar tam həll olunsun”.

Qeyd edək ki, Pedro Enrikenin “Astana”da həmyerlisi Riçard Almeyda kimi “Qarabağ”a qayıdacağı deyilsə də, göründüyü kimi, o, müqaviləylə məxsus olduğu Saloniki təmsilçisinə dönməyi üstün tutub. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri