16 
Yan
2019
21:11
80
170
6286
Virtual karabakh

“Qarabağ” Antalya toplanışına məğlubiyyətlə başladı - VİDEO

16 Yan, 2019
21:11
6286

“Qarabağ” Antalya toplanışına məğlubiyyətlə başladı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan klublarımız bu gün yoxlama oyunları keçirib.

Oxu.Az xəbər verir ki, “Səbail” Macarıstan “Akvital”ını 3:2 hesabı ilə üstələyib, “Sumqayıt” Qazaxıstanın “Jetısu” kollektivi ilə heç-heçə edib - 1:1.

“Qəbələ” Türkiyədəki ilk yoxlama oyununda Almaniyanın “Meppen” klubuna 1:2 hesabı ilə, “Qarabağ” isə Macarıstan “Uypeşt”inə 0:1 hesabı ilə məğlub olub.

Azərbaycan Premyer Liqasının debütantı “Sabah” komandası toplanış çərçivəsində ikinci oyununa çıxıb. İlk yoxlama matçında Türkiyə “Əskişəhərspor”unu 1:0 hesabı ilə üstələmiş komandamız bu dəfə Qazaxıstan “Tobol”u ilə heç-heçə edib - 2:2.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri