18 
Yan
2019
10:19
139
7
2367
yuxarı
Şəhriyar Məmmədyarov dünya çempionu ilə qarşılaşacaq
18 Yan, 2019
10:19
2367
139
7
Şəhriyar Məmmədyarov dünya çempionu ilə qarşılaşacaq
Bu gün Niderlandın Veyk aan Zee şəhərində keçirilən “Tata Steel Chess” turnirində VI turun görüşləri baş tutacaq.
Oxu.Az xəbər verir ki, Şəhriyar Məmmədyarov bu tur norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq.
Şəhriyarın aktivində 2,5, Karlsendə isə 3 xal var.
Digər şahmatçımız Teymur Rəcəbov isə turnir cədvəlinin liderlərindən olan çinli Dinq Lirenlə görüşəcək. Teymur da Şəhriyar kimi, beş tura 2,5 xal toplayıb.
Qeyd edək ki, turnir cədvəlinə Dinq Liren və rapid üzrə dünya çempionu rusiyalı Yan Nepomnyaşi başçılıq edir. Hər iki şahmatçı 3,5 xala malikdir.
Səbuhi MUSAYEV
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək