19 
Yan
2019
12:10
94
32
3106
Virtual karabakh

“Neftçi”nin baş məşqçisi Rumıniya klubu üzərində qələbədən danışdı

19 Yan, 2019
12:10
3106

“Neftçi”nin baş məşqçisi Rumıniya klubu üzərində qələbədən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi” PFK-nın baş məşqçisi Roberto Bordin Rumıniyanın “Qaz Metan”la yoxlama oyunu (3:0) barədə fikirlərini açıqlayıb. 

Oxu.Az xəbər verir ki, italiyalı mütəxəssis sınaq matçlarına yüksək əhval-ruhiyyə ilə başlamağın önəmli olduğunu bildirib:

“Yaxşı və vacib sınaq oldu. Nəticədən başqa, futbolçuları izləmək, onların bir-biri ilə anlaşmalarını görmək vacib idi. Düzdür, fiziki hazırlıq və xətlərarası anlaşma üzərində işləməliyik. Amma bunun üçün kifayət qədər vaxtımız var. Önəmlisi odur ki, yoxlama oyunlarına yüksək əhval-ruhiyyə ilə başladıq”.

“Neftçi”nin müdafiəçisi Məhəmməd Mirzəbəyov isə klubun rəsmi saytına açıqlamasında gənc futbolçularla da bağlı danışıb:

“Yorğunluğun fonunda oynamaq çətindir. Bununla belə, komandamızın üzvləri xarakter göstərdilər. Məşqçinin tapşırıqlarını yerinə yetirib qələbə qazandıq. Gənc futbolçulara gəlincə, onlar özlərini yaxşı tərəfdən göstərdilər. Əli Şirinov isə iki qol vurdu. Gənc futbolçu üçün bu asan deyil. Ona uğurlar və öz üzərində daha çox işləməyi arzulayıram. Bəlkə də bizi qarşıda çətin yol gözləyir. Çalışıb, bu yolu birlikdə keçməliyik”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri