20 
Yan
2019
09:27
96
26
2963
Virtual karabakh

“Tata Steel Masters-2019” şahmat turnirinin səkkizinci turu başlayır

20 Yan, 2019
09:27
2963

“Tata Steel Masters-2019” şahmat turnirinin səkkizinci turu başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün ənənəvi “Tata Steel Masters-2019” şahmat turnirinin səkkizinci turunun oyunlarına start veriləcək.

Oxu.AZ AZƏRTAC - a istinadən xəbər verir ki, azərbaycanlı şahmatçılar Şəhriyar Məmmədyarov Hindistan şahmatçısı Vişvanatan Anand, Teymur Rəcəbov hollandiyalı Yorden Van Forestlə mübarizə aparacaq.

Teymur Rəcəbov yeddinci turda Hindistan şahmatçısı Santoş Viditi məğlub edərək aktivinə 1 xal əlavə edib. O, bu nəticə ilə ilk beşlikdən sonrakı pillədə qərarlaşıb. Turnir cədvəlində ilk beşlikdə qərarlaşan Dinq Liren, Aniş Giri, Maqnus Karlsen və Vişvanatan Anandın hərəyə 4,5 xalı, şahmatçımızın isə 4 xalı var.

T.Rəcəbov “Chess-news.ru” saytına yeddinci turda qələbəsini şərh edərkən bildirib: “Bu qədər qaçırılmış imkanlardan sonra nə edəcəyimi bilmirdim. Əvvəl Kramnik, sonra Rapport ilə oyunlarda... Bu dəfə də qalib gəlməmək çox xoşagəlməz hal olardı”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri