21 
Yan
2019
11:45
94
16
1428
Virtual karabakh

Qılıncoynadanımız Dünya Kubokunda medal qazanıb

21 Yan, 2019
11:45
1428

Qılıncoynadanımız Dünya Kubokunda medal qazanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kişi şpaqaçılarımız – Ruslan Həsənov, Barat Quliyev, Kənan MəlikzadəXalid Əliyevdən ibarət yığma komandamız Bəhreynin paytaxtı Manamada keçirilən gənclərin Dünya Kuboku mərhələsində iştirak edib.

Oxu.Az xəbər verir ki, şpaqaçılarımızdan Ruslan Həsənov qrup mərhələsində keçirdiyi beş görüşü qalib başa vurmaqla, mütləq nəticə ilə “pley-off”a yüksəlib. 

1/16 finalda Küveyt idmançısı Xələf Əlmutairini 15:9 hesabı ilə məğlub edən Ruslan 1/8 finalda Səudiyyə Ərəbistanı təmsilçisi Ömər Alakkas üzərində 15:10 hesablı qələbə qazanıb.

Təmsilçimiz yarımfinala yüksəlmək uğrunda görüşdə iordaniyalı İyad Odehə 15:13 hesabı ilə qalib gəlib. 1/2 finalda Qazaxıstan idmançısı Aleksandr Savinə 15:7 hesabı ilə qalib gələn Həsənov finalda Çexiya təmsilçisi Yakub Yurka ilə qarşılaşıb. Rəqibinə 6:15 hesabı ilə uduzan Ruslan Həsənov gənclərin Dünya Kuboku mərhələsində gümüş medal qazanıb.

Qrup mərhələsini üç qələbə ilə başa vuran Barat Quliyev isə 1/32 və 1/16 finalda Səudiyyə Ərəbistanını təmsil edən rəqiblərini məğlub edib. Müvafiq olaraq Əbdülkərim Alotaibi (15:7) və Hüseyn Altavelə (15:9) qalib gələn Barat Quliyev 1/8 finalda Estoniyanı təmsil edən Yaron Kiroyaya 10:15 hesabı ilə uduzub.

Qrup mərhələsində dörd qələbə qazanan Xalid Əliyev isə 1/16 finalda bəhreynli Abdulla Abdulkərəm Mesferə uduzub – 9:15.

Qrupu iki qələbə ilə başa vuran şpaqaçımız Kənan Məlikzadə isə 1/32 finalda Bəhreyn idmançısı Abdulla Albaluşiyə 15:14 hesabı ilə qalib gəlsə də, 1/16 finalda braziliyalı Aleşandre Kamarqoya 6:15 hesabı ilə uduzub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri