21 
Yan
2019
15:20
29
59
4386
Virtual karabakh

Bəhram Abdinov: Vitse-prezidentə federasiyadakı korrupsiyadan danışdıq

21 Yan, 2019
15:20
4386

Bəhram Abdinov: Vitse-prezidentə federasiyadakı korrupsiyadan danışdıq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məlum olduğu kimi, iki turdur ki, Azərbaycanın basketbol üzrə çempionatı klubların boykot qərarı səbəbindən keçirilmir.

Çempionatın aparıcı klublarından olan NTD-nin rəhbəri Bəhram Abdinov Oxu.Az-a verdiyi açıqlamasında nazirlikdəki son görüşlərindən danışıb:

“Nazirlikdə hardasa iki saat görüşümüz oldu. Federasiyanın vitse-prezidenti Həsənağa Rzayevə öz mövqeyimizi başa salmağa çalışdıq. Biz narazı qaldığımız məqamları dedik, korrupsiya, komandalara münasibəti izah etdik və federasiya prezidenti Nadir Nəsibov başda olmaqla, bütün rəhbərliyin, yalnız Həsənağa Rzayev istisna olmaqla, istefa verməli olduğunu çatdırdıq. 

Amma qorxuram ki, federasiyada baş katibin müavini, idman direktoru Vüqar Əzimov istefaya göndərilə və bununla rəhbərlik işini bitmiş saya. Biz sonadək mübarizəmizi aparacağıq. Federasiya çempionata qatılmadığımız üçün bizi cəzalandıracaqsa, biz buna hazırıq. Ancaq bunu etsələr belə, düzgün addım deyil və bu, onların vicdanına yazılmalıdır.

Nadir müəllim basketbol üçün heç bir pul xərcləmir. Biz milli komandaların rəsmi yarışlara getməsi üçün öz cibimizdən pul xərcləməli oluruq. Basketbolla məşğul olmuş, hazırda şirkətlərdə çalışan şəxslər bu idmanın inkişafı üçün pul yatırmaq istəyir. İdman maliyyəsiz mümkünsüzdür. Bütün dünyada pul hesabına idmanı inkişaf etdirirlər.

Hazırda Gənclər və İdman Nazirliyinin nə qərar verəcəyini gözləyirik. Biz isə mövqeyimizdə qalırıq və çempionatı boykot etmək qərarında qalırıq”.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri