22 
Yan
2019
10:12
85
18
4073
Virtual karabakh

“Barselona” tarixində Qanadan ilk futbolçu

22 Yan, 2019
10:12
4073

“Barselona” tarixində Qanadan ilk futbolçu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyanın “Barselona” klubu Almaniya doğumlu Qana millisinin sabiq futbolçusu Kevin-Prins Boatenqi mövsümün sonunadək icarəyə götürür.

Oxu.Az xəbər verir ki, Kataloniya təmsilçisi İtaliyanın “Sassuolo” klubundan icarəyə götürdüyü “Milan”ın sabiq futbolçusunu səkkiz milyon avro qarşılığında tamamilə transfer etmək hüququnu da özündə saxlayır.

Təcrübəli futbolçu ilə bu gün müqavilə imzalanacaq. Daha sonra o, “Kamp Nou”nun meydançasına ayaq basacaq və onun iştirakı ilə mətbuat konfransı təşkil ediləcək.

Qeyd edək ki, 2010/2011 mövsümündə “Milan”la İtaliya çempionu olmuş Boatenq üçün İspaniya La Liqası yeni olmayacaq. O, 2016/2017 mövsümündə “Las Palmas” klubu ilə 28 La Liqa matçına çıxıb və on qol vurub.

Kevin-Prins Boatenq “Barselona” tarixində ilk Qana təmsilçisi kimi tarixə düşüb. O, katalonların 14-cü afrikalı futbolçusu oldu. 31 yaşlı Boatenqin transferi sağ cinah vingeri, fransalı Usman Dembelenin sol topuğundan 15 günlük zədələnməsi və həmin futbolçunun məşqlərdəki intizamsızlığı səbəbindən baş tutub.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri