22 
Yan
2019
12:01
51
62
4343
Virtual karabakh

“Atletiko”nun sabiq hücumçusu Azərbaycan klubuna keçir

22 Yan, 2019
12:01
4343

“Atletiko”nun sabiq hücumçusu Azərbaycan klubuna keçir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Malavi millisinin futbolçusu Robin Nqalande Azərbaycanda oynayacaq.

Oxu.Az xəbər verir ki, 26 yaşlı hücumçu bunun üçün viza alaraq bizim klubların təlim-məşq toplanışında olduğu Antalyaya yollanıb.

CAR-ın “Baroka” klubu ilə üç illik müqaviləsini pozan Nqalandenin yeni komandasının adı açıqlanmır. Onun meneceri Pol Mitçel klubun adının hər şey tam başa çatdıqdan sonra açıqlanacağını bildirib:

“Robin Azərbaycandan bir komandaya qoşulacaq. Ancaq biz başqa detalları hər şey bitəndə açıqlayacağıq”.

Qeyd edək ki, Nqalande 2009-cu ildə Əlcəzairdə keçirilən U-17-lərin çempionatında diqqətləri özünə cəlb edib və 16 Avropa klubundan təklif alıb. O, 2010-cu ilin sentyabrında Madrid “Atletiko”suna keçib. “Atletiko”nun C komandasında oynasa da, 2011-ci ilin yayında Xose Antonio ReyesDieqo Kosta kimi əsas heyət oyunçuları ilə məşq keçib.

Robin Nqalande 2012-ci ildən sonra ölkəsi və CAR klublarında çıxış edib. 300 min avro dəyəri olduğu göstərilən futbolçunun Azərbaycan Premyer Liqasının autsayderi “Zirə”yə keçəcəyi gözlənilir. 

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri