22 
Yan
2019
13:41
43
700
6888
Virtual karabakh

III Avropa Oyunlarını keçirmək Azərbaycana təklif olunub

22 Yan, 2019
13:41
6888

III Avropa Oyunlarını keçirmək Azərbaycana təklif olunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Olimpiya Komitəsi (AOK) Azərbaycana III Avropa Oyunlarını keçirməyi təklif edib.

Oxu.Az xəbər verir ki, ilin sonunda AOK Azərbaycan da daxil olmaqla əlli üzvünə III Avropa Oyunlarının 2023-cü ildə keçirilməsi üçün tenderdə iştirak etməyə çağırış edən məktub göndərib.

Artıq Polşa Katovitse şəhərinin namizədliyini irəli sürüb. Polşa Olimpiya Komitəsinin vitse-prezidenti Tomaş Poreba və Katovitse merinin müavini Mariuş Skiba yanvarın 18-də AOK-un qərargahı olan İtaliyanın paytaxtı Romaya bu təkliflə gedib.

Qeyd olunub ki, bu ilin əvvəlində Qılıncoynatma üzrə Dünya Kubokuna ev sahibliyi etmiş Katovitse digər Polşa şəhəri ilə də birgə bu yarışı keçirə bilər. Həmçinin paytaxt Varşavanın cənubundan 290 km aralıda olan Katovitsenin bu il Ümumdünya Anti-Dopinq Agentliyinin prezident seçkilərinin keçiriləcəyi konfransa ev sahibliyi etməsi şəhərin əhəmiyyətini artırıb. 

Həmçinin AOK-un italiyalı baş katibi Raffaele Panyotsi bildirib ki, başqa bir neçə Avropa ölkəsindən də onlara müraciət olub. AOK-un sloveniyalı prezidenti Yanez Kotsiyançiç isə yaxşı maliyyə imkanları vəd edən təkliflər aldığını bu ayın əvvəllərində qeyd edib.

Müraciət üçün son tarix isə bu ilin 28 fevralıdır. Yanvarın 25-də AOK İcraiyyə Komitəsi namizədləri müzakirə edəcək. İyunun 20-də isə təşkilatçı ölkənin adı açıqlanacaq.    

Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda (və Mingəçevirdə) baş tutub. II Avropa Oyunları isə bu il Belarusun paytaxtı Minskdə iyunun 21-dən 30-dək keçiriləcək.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri