22 
Yan
2019
17:57
89
38
2570
Virtual karabakh

“Neftçi” “timsahlar”la əməkdaşlığa başladı - FOTO

22 Yan, 2019
17:57
2570

“Neftçi” “timsahlar”la əməkdaşlığa başladı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi” PFK ilə Türkiyənin “Bursaspor” klubu arasında əməkdaşlıq protokolu imzalanıb. 

Oxu.Az xəbər verir ki, imzalanma mərasimində “Neftçi” PFK-nın prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, “Bursaspor”un prezidenti Ali Ay, vitse-prezident Cem Öztürk iştirak ediblər. 

Tədbirə “Bursaspor”un İdarə Heyətinin üzvləri – Ərkan Aydəmir, Onur ÖzselekÖmər Faruk Şahin də qatılıblar. “Bursaspor”un prezidenti Ali Ay “Neftçi” rəhbərliyini salamlayaraq, bu əməkdaşlığın uğurlu olmasını arzulayıb: 

“Neftçi” Azərbaycanın köklü və titullu klubudur. Bunadək əməkdaşlıq protokolu ilə bağlı danışıqlar aparırdıq. Bu gün isə həmin protokolu bağlamaq üçün bir araya gəlmişik. “Neftçi” rəhbərliyi “Fənərbaxça” ilə Super Liqa oyununda qonağımız oldu. Stadionumuzu, xüsusilə də “Qoldsit 1963” tribunamızı çox bəyəndilər. Təkcə idman deyil, bir çox məsələlərdə də əməkdaşlıq edəcəyik. Reklam, marketinq, media, mağaza və seleksiya məsələlərində də fikir mübadiləsi aparıb, işlər görəcəyik. Bir-birimizə faydalı olacağıq”.

Sonra “Neftçi” PFK-nın prezidenti Kamran Quliyev “Bursaspor”un rəhbərliyinə və İdarə Heyətinin üzvlərinə təşəkkür edib: 

“Bizim üçün qürurverici andır. Belə bir klubda sizinlə əməkdaşlıq edəcəyimiz üçün şadıq. Qardaş ölkədən gəlmişik. Azərbaycanın ən böyük və ən köklü klubuyuq. Müstəqillik dönəmində səkkiz dəfə çempionluq sevinci yaşamışıq. Dünən “Bursaspor”un oyununu izlədik. Möhtəşəm stadiona və azarkeşlərə maliksiniz. Sizdən öyrənməli çox şey var. Əlaqələrimiz davam edəcək. Gələcəkdə də birlikdə işlər görəcəyik. Sizi Bakıda görmək istərdik”.

Qeyd edək ki, “Bursaspor” yarımmüdafiəçisi Aytaç Karanın formasını “Neftçi” rəhbərliyinə təqdim edib. “Neftçi” isə “timsahlar”a onların klub prezidenti və vitse-prezidentinin adları yazılmış forma, həmçinin, klubun xüsusi hədiyyəsini verib. Onu da bildirək ki, bu əməkdaşlıq Bursa klubunun vitse-prezidenti Cem Öztürkün şəxsi işləri ilə əlaqədar olaraq Bakıda olarkən “Neftçi”dəki həmkarı ilə tanış olmasından sonra başlayıb. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri