22 
Yan
2019
18:40
118
32
2494
Virtual karabakh

Antalya gündəliyi: “Sabah” Türkiyəni məğlub olmadan tərk edir - VİDEO

22 Yan, 2019
18:40
2494

Antalya gündəliyi: “Sabah” Türkiyəni məğlub olmadan tərk edir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycan Premyer Liqasının klublarından üçü bu gün yoxlama oyununda qüvvəsini sınayıb.

Oxu.Az xəbər verir ki, “Sabah”, “Sumqayıt” və “Zirə” eyni vaxtda meydana çıxıb.

Premyer Liqamızın debütantı “Sabah” sonuncu yoxlama oyununda İsveçrənin “Syon” klubunun 21 yaşadək komandası ilə heç-heçə edib – 4:4. Qolları serbiyalılar – Marko Deviç (penalti), Filip İvanoviçElşən AbdullayevTəmkin Xəlilzadə vurub. Daha əvvəl “Əskişəhərspor”u (Türkiyə) 1:0, MTK-nı (Macarıstan) 3:1 yenmiş “Sabah” “Tobol”la (Qazaxıstan) 2:2 oynamışdı. Bakı klubu sabah vətənə məğlubiyyətsiz qayıdacaq.

“Jetısu” (Qazaxıstan) ilə 1:1 oynamış “Sumqayıt” onqat Makedoniya çempionu, hazırda bu ölkənin son gümüş mükafatçısı “Vardar”ı məğlub edib – 3:1. Hesabda geridə olmasına baxmayaraq, Sumqayıt klubu Arif Daşdəmirov, Xəyal NəcəfovElvin Məmmədovun (penalti) qolları ilə qələbə qazanıb.

Daha əvvəl “Voluntar”ı (Rumıniya) 1:0 yenmiş Premyer Liqanın autsayderi olan “Zirə” bu dəfə Macarıstanın “Pakş” komandasını yenib – 1:0. Görüşdə yeganə qolu 57-ci dəqiqədə İlkin Qırtımov vurub.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri