22 
Yan
2019
18:59
188
45
6185
Virtual karabakh

İngiltərə klubundan millimizə gəlmiş futbolçu ilk matçında qol vurub - VİDEO

22 Yan, 2019
18:59
6185

İngiltərə klubundan millimizə gəlmiş futbolçu ilk matçında qol vurub - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması (U-19) bu gün yoxlama oyunu keçirib. 

Oxu.Az xəbər verir ki, Rusiyanın “Krasnodar” klubunun üçüncü komandası ilə qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Hesabı 20-ci dəqiqədə Dmitri Kotov açıb. Yığmamızın heyətində isə İngiltərənin “Fayld” klubundan milliyə ilk dəfə çağırılmış Sərhat Taşdəmir fərqlənib. İkinci hissədə meydana çıxmış Taşdəmir 65-ci dəqiqədə qol vurub.

Yeri gəlmişkən, U-19-un baş məşqçisi Vüqar Məmməd affa.az-a görüşlə bağlı fikirlərini bildirib:

“Plan üzrə oyun dünən keçirilməli idi, ancaq əlverişsiz hava şəraiti ilə əlaqədar “Krasnodar-3” komandası ilə bu gün qarşılaşdıq. Görüş üstünlüyümüz şəraitində keçsə də, düşünürəm ki, taktiki planda oyunumuzu tədricən düzəltməliyik.

Yoxlama oyunları olsa da, bizim üçün vacibdir və bütün görüşlərə ciddi şəkildə hazırlaşmalıyıq. Məqsəd yaxşı oyun göstərmək, çatışmazlıqları aradan qaldırmaqdır. Komandaya yeni futbolçular dəvət olunub. Planımda qarşıdakı oyunlar zamanı heyətin bütün üzvlərinə özlərini göstərmələri üçün şans vermək var”. 

Qeyd edək ki, U-19 hazırlıq çərçivəsində növbəti oyununu yanvarın 24-də Küveytin müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri