23 
Yan
2019
15:23
20
105
7529
Virtual karabakh

Yoxa çıxan təyyarədə olan futbolçunun audiomesajı yayılıb - FOTO/VİDEO

23 Yan, 2019
15:23
7529

Yoxa çıxan təyyarədə olan futbolçunun audiomesajı yayılıb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

La Manş boğazının üzərində uçan təyyarə itməmişdən öncə Emiliano Sala dostlarına səsli mesaj göndərib.

Oxu.Az “Daily Mail”ə istinadən xəbər verir ki, “Kardif Siti”nin 15 milyon funt sterlinq (33 milyon manat – red.) müqabilində transfer etdiyi oyunçunun təyyarəsinin radarlardan itməsindən sonra öldüyü ehtimal olunur. 

Bu məbləğ “Kardif Siti” futbol klubunun tarixində rekord hesab olunur.

Xatırladaq ki, təyyarə Nant Atlantik hava limanından qalxdıqdan bir saat sonra - yerli vaxtla 20:23-də radarlardan itib.

Bir mühərrikli Piper PA-46 Malibu təyyarəsi Kardiffə yola düşüb. 

Argentinanın Ole.com saytı Salanın futbolçu yoldaşları və dostlarından ibarət “WhatsApp” qrupuna göndərdiyi audio mesajı yayıb.

Sala mesajda deyib:

“Salam, qardaşlarım. Necəsiniz? Qardaş, mən çox yorğunam. Mənim burada - Nantda çoxlu işlərim vardı. Bu işlər bitmək bilmir. İndi təyyarədəyəm və təyyarə sanki dağılacaq. Mən Kardiffə uçuram. Dostlar, sabah günorta yeni komandamda məşqlərə başlayacağıq”.

Daha sonra o digər bir mesaj göndərərək deyib:

“Necəsiniz, dostlar? Hamı yaxşıdır? Əgər bir saat yarım ərzində məndən xəbər almasanız... bilmirəm, məni axtarmağa adam göndərəcəklər, ya yox… Mən qorxuram”.

28 yaşlı hücumçu eyni təyyarə ilə bazar günü Kardiffdən Fransaya uçub və uçuşun narahat keçməsindən şikayətlənib. O, təyyarənin qəribə səslər çıxardığını deyib.

“Nant” klubunun azarkeşləri şəhərin mərkəzindəki Kral meydanına toplanaraq fontan ətrafına sarı zanbaqlar düzüblər.

Sala bu mövsüm “Nant”ın heyətində 13 qola imza atıb və Avropanın formada olan hücumçularından biri olub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri