23 
Yan
2019
14:16
15
66
2283
Virtual karabakh

Yunan mətbuatından iddia: “Neftçi”nin transferi qanunsuz olub

23 Yan, 2019
14:16
2283

Yunan mətbuatından iddia: “Neftçi”nin transferi qanunsuz olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi”nin heyətinə qatdığı yunan hücumçu Vanqelis Platellas barəsində yeni iddia ortaya atılıb.

Oxu.Az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, “Neftçi” bu transferi futbolçunun müqavilə ilə məxsus olduğu OFİ klubunun razılığı olmadan edib.

Lakin klubdan saytımıza verilən açıqlamada bu xəbərin tamamilə dezinformasiya olduğu bildirilib:

“Klubumuzla OFİ arasında bu keçidə dair rəsmi müqavilə bağlanılıb. Həmçinin, futbolçunun özü ilə klubumuz arasında da müqavilə var. Çox güman ki, o, bu gün Türkiyədə keçirəcəyimiz yoxlama oyununa da çıxacaq. Futbolçu bizə məxsus olduğundan, onu nə vaxt elan etməyimizdə də problem yoxdur”.

Xatırladaq ki, üç gün əvvəl yayılan xəbərdə “Neftçi”nin qarşı tərəfə 50 min avro ödədiyi deyilirdi.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri