23 
Yan
2019
17:07
59
73
3102
Virtual karabakh

Voleybol millimizin Avropa çempionatındakı rəqibləri bilindi

23 Yan, 2019
17:07
3102

Voleybol millimizin Avropa çempionatındakı rəqibləri bilindi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib. 

Oxu.Az xəbər verir ki, mərasim Türkiyənin İstanbul şəhərində təşkil olunub.

Yarışda iştirak edəcək 24 komanda püşklə dörd qrupa bölünüb. Bu yığmalardan dördü püşksüz qruplara ayrılıb. Söhbət bu il avqustun 23-dən sentyabrın 8-dək keçiriləcək çempionatın ev sahiblərindən gedir. Belə ki, Macarıstan, Polşa, Slovakiya və Türkiyə fərqli qruplara bölünüb. Digər iyirmi komanda isə püşkə görə qruplara ayrılıb.

AVRO-2017-də göstərdiyi nəticəyə görə builki çempionata vəsiqə əldə etmiş Azərbaycan millisi püşkatmada üçüncü səbətdə qərarlaşıb. Turnirin Slovakiya üzrə səfiri Adriana Martsekovanın elan etdiyi püşkün nəticəsinə görə, komandamız C qrupuna düşüb. Qızlarımız 1/8 final uğrunda Macarıstan, Hollandiya, Xorvatiya, Rumıniya və Estoniya ilə yarışacaq.

A qrupu – Türkiyə, Serbiya, Bolqarıstan, Fransa, Finlandiya, Yunanıstan

B qrupu – Polşa, İtaliya, Belçika, Ukrayna, Portuqaliya, Sloveniya

C qrupu – Macarıstan, Hollandiya, Xorvatiya, AZƏRBAYCAN, Rumıniya, Estoniya

D qrupu – Slovakiya, Rusiya, Almaniya, Belarus, İspaniya, İsveçrə

Qeyd edək ki, ilk dəfə 24 komandanın iştirakı ilə keçirilən yarış yeni formatla baş tutacaq. Qrup mərhələsində ilk dörd yeri tutanlar 1/8 finala yüksələcək.

Görüşlər Türkiyə, Macarıstan, Slovakiyanın paytaxtları – Ankara, Budapeşt və Bratislavada, eləcə də Polşanın Lodz şəhərində keçiriləcək.

Final və üçüncü yer uğrunda oyun qardaş ölkədə baş tutacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri