23 
Yan
2019
18:34
72
33
3020
Virtual karabakh

İsveçrə şirkəti AFFA-ya məktub göndərdi - FOTO

23 Yan, 2019
18:34
3020

İsveçrə şirkəti AFFA-ya məktub göndərdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsveçrənin SGS şirkəti 2018-ci ildə AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb. 

Oxu.Az xəbər verir ki, şirkət tərəfindən AFFA-ya ünvanlanmış təbrik məktubunda AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğun gəldiyi qeyd olunub. 

O da bildirilib ki, Lisenziyalaşdırma qrupu 2019/20-ci il lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.

Qeyd edək ki, SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri