24 
Yan
2019
10:47
77
10
1519
Virtual karabakh

Karate millimiz ilin ilk yarışı üçün Parisdə

24 Yan, 2019
10:47
1519

Karate millimiz ilin ilk yarışı üçün Parisdə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Karate üzrə böyüklərdən ibarət milli komanda yeni yarış mövsümünə start verib. 

Oxu.Az xəbər verir ki, Qəbələdə təlim-məşq toplanışı keçmiş 18 nəfərlik heyət 25-27 yanvar tarixlərində Fransanın paytaxtında keçiriləcək “Paris Open” Karate1 Premyer Liqa turnirinə yollanıb.

Məşqçilər əsas heyətdən əlavə, bir neçə çəkidə əvəzedici heyətə də nüfuzlu yarışda iştirak etmək imkanı yaradıb.

Onlardan Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə, Hümmət Baxşəliyev (üçü də -67 kq), Rafael Ağayev (-75 kq), Roman Heydərov (kata), Nuranə Əliyeva, Fidan Teymurova (ikisi də -50 kq) və İlahə Qasımova (-55 kq) turnirin ilk günü mübarizə aparacaq. 

Ayxan Mamayev, Turqut Həsənov, Pənah Abdullayev (üçü də -84 kq), Şahin Atamov, Asiman Qurbanlı, Əli Cəfərov (üçü də +84 kq), eləcə də Fəridə Abiyeva (-61 kq), İrina Zaretskaya (-68 kq) və Fəridə Əliyeva (+68 kq) şənbə günü mübarizəyə qatılacaq. 

Medallar uğrunda həlledici görüşlər bazar günü keçiriləcək. Bu yarış həm də kumite üzrə yeni baş məşqçi, türk mütəxəssis Bahattin Kandazın Azərbaycan karateçiləri ilə ilk rəsmi turniri olacaq.

Dünya Karate Federasiyasının (WKF) mötəbər Karate1 Premyer Liqa seriyasından ilin ilk turnirində 82 ölkədən 776 idmançı iştirak edəcək.

Karateçilər hər qələbəyə və medallara görə dünya reytinqində mövqelərini gücləndirməkdən əlavə, Olimpiya və Avropa Oyunlarına vəsiqə almaq uğrunda reytinq xalları da qazanmağa çalışacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri