24 
Yan
2019
12:29
50
43
3797
Virtual karabakh

Boatenq debüt etdi, “Barselona” uduzdu - VİDEO

24 Yan, 2019
12:29
3797

Boatenq debüt etdi, “Barselona” uduzdu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyanın “Barselona” klubu ölkə kubokunun 1/4 final mərhələsinin ilk görüşündə uduzub.

Oxu.Az xəbər verir ki, Kataloniya klubu səfərdə “Sevilya”ya 0:2 hesabı ilə uduzub.

Qolları Pablo Sarabya və fransalı Vissam Ben Yedder vurub. Argentinalı Lionel Messinin heyətdə olmadığı görüşdə “Barselona”nın yeni transferi Kevin-Prins Boatenq start heyətdə mərkəz hücumçusu qismində debüt edib. O, qol vura bilməyincə 63-cü dəqiqədə uruqvaylı forvard Luis Suareslə əvəzlənib.

Cütün cavab oyunu yanvarın 31-i Bakı vaxtı ilə saat 00:30-da baş tutacaq.

Qeyd edək ki, 1/4 finalın ilk görüşündə “Xetafe” də “Valensya”nı yenməyi bacarıb – 1:0. Bu gün “Espanyol” – “Betis” və “Real” – “Jirona” matçları keçiriləcək.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri