Fev
2019
13:37
12
59
1627
Virtual karabakh

Bir illik cəzalandırılmış azərbaycanlı məşqçi: Hakimi itələmişəm

8 Fev, 2019
13:37
1627

Bir illik cəzalandırılmış azərbaycanlı məşqçi: Hakimi itələmişəm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İki gün əvvəl AFFA İntizam Komitəsinin qərarına əsasən bir illik futboldan uzaqlaşdırılmış azərbaycanlı məşqçi Əsəd Kərimov qərardan narazıdır.

Bununla belə, o, Oxu.Az-a açıqlamasında görüşün hakimini itələdiyini etiraf edib: 

“Orada mənə qarşı haqsızlıq olub. Bu cür formada və belə uzunmüddətli cəza mənə haqsız yerə verilib. Orada mən hakimlər briqadasında olan yoldaşa səhvlərini bildirərək irad tutmuşam. Qarşı tərəf isə mənə “artıq-əskik söhbət etməyin” deyə fikir bildirib.

Mən yenidən onunla söhbət etmək üçün hakimlərin otağına daxil olmuşam. O da üstünə gəlib nəsə edəcəyimi düşünərək, məni əli ilə uzaqlaşdırıb və onda mən gərgin, çox çətin oyundan çıxdığımız üçün onu itələmişəm. Bəli, bu, mənim səhvimdir və bunu qəbul edirəm.

Bununla belə, futboldan bir illik uzaqlaşdırılmağım mənə qarşı haqsızlıqdır. Çünki mən “Xilə” Futbol Klubunda yeni-yeni karyera qurmağa gəlmişdim və istəyirdim ki, futbolumuzda daha böyük nailiyyətlər qazanım. Lakin mənə belə şəkildə cəza verməyi heç də haqlı görmürəm və inanıram ki, bu haqda bir daha fikirləşərlər”.

Qeyd edək ki, fevralın 2-də U-15 liqasının “Xilə” – “Keşlə” matçı başa çatdıqdan sonra Əsəd Kərimov hakimlər briqadasının otağına daxil olaraq onları təhqir edib və fiziki təzyiq göstərib. Bu səbəbdən AFFA İntizam Komitəsi 38.8 və 42.4-cü maddənin tələblərini nəzərə alaraq Əmircan komandasının məşqçisini 12 aylıq futboldan kənarlaşdırıb. 

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri