Fev
2019
18:15
148
24
2676
Virtual karabakh

Millimiz ilin ilk turnirində ikinci oldu - FOTO

8 Fev, 2019
18:15
2676

Millimiz ilin ilk turnirində ikinci oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 7-8-də İranın Kirmanşah şəhərində sərbəst güləş üzrə “Təxti kuboku” keçirilib.

Oxu.Az xəbər verir ki, ənənəvi yarışda 10 ölkədən – İran, Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan, Macarıstan, Hollandiya, Belarus, Qırğızıstan və Gürcüstandan olan pəhləvanlar mübarizə aparıb. 

İlk yarış günündə baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında mübarizə aparan millimizin 4 üzvü – Əhmədnəbi Qvarzatilov (-61 kq), Hacımurad Hacıyev (-74 kq), Cəbrayıl Həsənov (-79 kq) və Nurməhəmməd Hacıyev (-97 kq) finala vəsiqə qazanıb.

İkinci yarış günündə həlledici qarşılaşmalar keçirilib. Ə.Qvarzatilov finalda Uluqbəy Yoldaşbəyova (Qırğızıstan), C.Həsənov Bəhmən Teymuriyə (İran) məğlub olaraq gümüş medalla kifayətlənib.

N.Hacıyev isə zədələndiyi üçün Əli Rzayi Qudarzi (İran) ilə həlledici görüşə çıxmayıb. Ancaq H.Hacıyev Rza Əfzəli (İran) üzərindəki qələbəylə himnimizi Kirmanşahda səsləndirib. Mircəlal Həsənzadə (-61 kq) və Şərif Şərifov (-92 kq) bürünc medal qazanıb. 

Beləliklə, komandamız 2019-cu ildə çıxdığı ilk turnirdə 1 qızıl, 3 gümüş və 2 bürünc medal əldə edib. Yığmamız komanda hesabında meydan sahibi İrandan sonra ikinci yeri tutub.

Xatırladaq ki, yarışda III dərəcəli beynəlxalq hakim Babək Allahverdiyev ədaləti qoruyub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri