Bu gün bölgə, sabah Bakı klubları - PREVYU
Bu gün bölgə, sabah Bakı klubları - PREVYU
Bu gün Azərbaycan Premyer Liqasında XVI tur start götürəcək.
Oxu.Az xəbər verir ki, turun ilk günündə “Sabah” istisna olmaqla, bölgə klubları, sabah isə Bakı klubları mübarizə aparacaq.
İlk görüş “Əlincə Arena”da baş tutacaq. “Sabah” öz meydanında “Qəbələ”ni sınağa çəkəcək. Turnir cədvəlində qonşu olan komandalar dördüncü yer uğrunda mübarizə aparacaq.
İlk oyun günü Sumqayıtda yekunlaşacaq. Eyniadlı komanda “Qarabağ”ı qəbul edəcək. Ağdamlılar ən azı bir günlük liderə çatmaq üçün meydana çıxacaq. Sumqayıtlılar isə son çempionu büdrətməklə xal ehtiyatını artırmaq niyyətindədir.
Sabah keçiriləcək görüşlərdən ən diqqət çəkəni lider “Neftçi” ilə autsayderlər zonasında yer alan “Keşlə” arasındakı görüşdür. Bakı derbisində “Neftçi” öz meydanında qalib gəlməklə “Qarabağ”la xal fərqini qorumağa çalışacaq. “Keşlə”nin dünən son gündə PFL-in iştirak ərizəsinə daxil etdiyi iki legionerin sabahkı çıxışı da maraq doğurur.
“Səbail” isə avrokubok mübarizəsindən kənarda qalmamaq üçün autsayder “Zirə” ilə görüşdən qalib ayrılmağa çalışacaq. Həmçinin legionerlərlə güclənmiş “Zirə” də son sıradan qurtulmaq üçün qələbə uğrunda mübarizə aparacaq.
9 fevral
16:00 “Sabah” – “Qəbələ”
“Əlincə Arena”. Baş hakim: Səbuhi Bayramov
18:30 “Sumqayıt” – “Qarabağ”
“Kapital Bank Arena”. Baş hakim: Orxan Məmmədov
10 fevral
14:00 “Neftçi” – “Keşlə”
“Bakcell Arena”. Baş hakim: İnqilab Məmmədov
16:30 “Səbail” – “Zirə”
“Bayıl Arena”. Baş hakim: Əliyar Ağayev
Turnir cədvəli
1 |
Neftçi |
15 |
34 |
2 |
Qarabağ |
15 |
31 |
3 |
Səbail |
15 |
24 |
4 |
Sabah |
15 |
20 |
5 |
Qəbələ |
15 |
20 |
6 |
Sumqayıt |
15 |
15 |
7 |
Keşlə |
15 |
12 |
8 |
Zirə |
15 |
10 |
Bombardirlər: Baqaliy Dabo (“Neftçi”), Mahir Mədətov (“Qarabağ”), Marko Deviç (“Sabah”) – hər ikisi 7 qol.