Fev
2019
14:14
462
21
2563
Virtual karabakh

Azərbaycan karateçisi Avropa çempionatında ermənini məğlub etdi

9 Fev, 2019
14:14
2563

Azərbaycan karateçisi Avropa çempionatında ermənini məğlub etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Danimarkanın Albo şəhərində keçirilən karate üzrə yeniyetmə və gənclər arasında Avropa çempionatında ikinci günə start verilib.

Oxu.Az xəbər verir ki, kumite yarışlarında 55 kq çəki dərəcəsində çıxış edən Azərbaycan karateçisi Fərid Abdulkərimov ilk görüşündə serbiyalı Marko Mixayloviçə qalib gəldikdən (1:0) sonra Ermənistan idmançısı ilə üz-üzə gəlib.

O, Erik Xaçatryana da 1:0 qalib gələrək üçüncü mərhələyə vəsiqə qazanıb. Lakin bu mərhələdə türkiyəli Burak Özdəmirə uduzub. Görüşdə hesab açılmasa da, hakimlərin qərarı ilə qələbə Özdəmirə verilib.  

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri