10 
Fev
2019
13:40
73
44
1299
Virtual karabakh

Bu gün “Neftçi“ və “Keşlə“ qarşılaşacaq

Bu gün Azərbaycan Premyer Liqasının XVI turuna yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, turun son günündə iki qarşılaşma keçiriləcək. Günün ilk oyunu lider “Neftçi“ ilə “Keşlə“ klubu arasında baş tutacaq. “Flaqman“ qələbə qazandığı təqdirdə, ən yaxın izləyicisi “Qarabağ“la xal fərqini yenidən 3-ə yüksəldəcək. Hazırda 34 xala malik “ağ-qaralar“ ötən tur səfərdə “Qarabağ“la 1:1 hesablı heç-heçə ediblər.

Ümumiyyətlə, iki komanda indiyədək 57 dəfə üz-üzə gəlib. Bunların 29-da “Neftçi“, 14-də isə “Keşlə“ qalib gəlib. Daha 14 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində flaqman öndədir - 87:58. Lider son 13 görüşün hamısında qol vurub və axırıncı 12 qarşılaşmada heç-heçə qeydə alınmayıb. Digər tərəfdən,  “ağ-qaralar“ ardıcıl 6 ev oyununda qələbə qazanıb.

 “Bakcell Arena “da baş tutacaq görüş 14:00-da başlayacaq.

Tura  “Dalğa Arena “da  “Səbail“ -  “Zirə“ matçı ilə yekun vurulacaq. Hazırda 24 xalla 3-cü pillədə olan meydan sahibləri qələbə qazanacaqları təqdirdə mövqelərini daha da yaxşılaşdıracaqlar. Ötən gün  “Qəbələ“ səfərdə  “Sabah“ı 1:0 hesabı ilə yendikdən sonra  “Səbail“lə xal fərqini minimuma endirib. Bu səbəbdən, Aftandil Hacıyevin baş məşqçi olduğu komandaya mütləq qələbə lazımdır.

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri