10 
Fev
2019
16:38
388
32
2445
Virtual karabakh

Azərbaycanlı gimnast Polşada qızıl medal qazanıb

Fevralın 8-10-da Polşanın Sosnoviç şəhərində Beynəlxalq Bədii Gimnastika Federasiyasının dəstəyi ilə bədii gimnastika üzrə “Beynəlxalq Sosnoviç Qış Kuboku – 2019” yarışması keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışda Polşa ilə yanaşı, Macarıstan, Ukrayna, Çexiya, Slovakiya, Sloveniya, Portuqaliya, Bolqarıstan, İsrail və Avstriyanın 20-dən çox klubunun mübarizə apardığı turnirdə Azərbaycanı 8 yaşlı gimnastımız Mina Abbasova təmsil edib.

O, 2010-cu il təvəllüdlü gimnastlar arasında keçirilən fərdi yarışlarda fəxri kürsünün ən yüksək pilləsini tutaraq qızıl medala layiq görülüb.

Qeyd edək ki, Mina Abbasova artıq 3 ildir ki, Budapeşt şəhərində fəaliyyət göstərən beynəlxalq dərəcəli hakim Lyubov Bernat və İnga Mackusun rəhbərlik etdiyi “Rus RG Sport” klubunda peşəkar səviyyədə məşğul olur.

5 yaşından başlayaraq iştirak etdiyi bütün beynəlxalq yarışlarda valideynlərinin işi ilə bağlı müvəqqəti yaşadığı ölkəni – Macarıstanı təmsil etsə də, ötən ilin avqustundan etibarən Budapeştdə keçirilən XVII ənənəvi “Gracia” kuboku turnirindən sonra Azərbaycan bayrağı altında çıxış edir.

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri