11 
Fev
2019
15:42
30
84
1544
Virtual karabakh

Bu gün Azərbaycan millisinin baş məşqçisinin adı açıqlanacaq

Bu gün AFFA-nın baş sponsoru SOCAR-ın inzibati binasında AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. 

Oxu.Az xəbər verir ki, saat 18:00-da başlayacaq iclasın gündəliyinə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi, aşağı yaş qruplarından ibarət milli komandalara məşqçi təyinatlarının təsdiqi və digər məsələlər daxil edilib.

İclasdan sonra mətbuat üçün brifinq nəzərdə tutulmayıb. Qəbul olunacaq qərarlarla bağlı sabah saat 11:30-da, Bakı Olimpiya Stadionunda mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, iclasda xorvatiyalı Nikola Yurçeviçin əsas millimizə, serbiyalılar – Milan Obradoviç və Miloş Velebitin müvafiq olaraq 21 və 16 yaşadək yığmalarımıza baş məşqçi təyinatının rəsmiləşəcəyi gözlənilir.

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri