11 
Fev
2019
22:27
37
172
5259
Virtual karabakh

Türkiyə futbol millisi başsız qaldı

11 Fev, 2019
22:27
5259

Türkiyə futbol millisi başsız qaldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin futbol millisi baş məşqçisiz qalıb.

Oxu.Az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının (TFF) İdarə Heyəti millinin rumıniyalı baş məşqçisi Mirça Luçesku ilə bu gün keçirilən görüşdən sonra müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam vermək qərarına gəlib. 

Görüşdən sonra Luçesku bu sözləri deyib:

“Türkiyə millisinin heyətini yeniləmək və gəncləşdirmək hədəfi ilə çıxdığımız yolda işlərimizi bitirdiyimi düşünürəm. Yaxınlaşmaqda olan AVRO-2020-nin seçmə mərhələsi öncəsi yeni baş məşqçinin yolunu açmaq üçün qarşılıqlı anlaşaraq bu qərarı verdik.

TFF prezidenti Yıldırım Dəmirörən və İdarə Heyəti üzvlərinə mənə inandıqları və dəstəklədiklərinə, köməkçilərimə də mənə yardım etdiklərinə görə təşəkkür edirəm. Türkiyənin qəlbimdə daim xüsusi bir yeri olacaq”.

Qeyd edək ki, “Qalatasaray” və “Beşiktaş”ı Türkiyə çempionu etmiş Mirça Luçesku 2017-ci ilin avqustun 2-də Fatih Terimi əvəzləyərək qardaş millinin baş məşqçisi təyin olunub. O, təyinatı zamanı Türkiyə millisinin məşqçilik karyerasında çalışdıracağı sonuncu komanda olduğunu bəyan edib. 

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri