12 
Fev
2019
09:29
107
12
4505
Virtual karabakh

Çempionlar Liqasında 1/8 final həyəcanı başlayır

12 Fev, 2019
09:29
4505

Çempionlar Liqasında 1/8 final həyəcanı başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin oyunlarına start verilir.

Oxu.Az xəbər verir ki, bu gecə “play-off” mərhələnin ilk iki oyunu keçiriləcək.

Günün əsas qarşılaşması İngiltərənin “Mançester Yunayted” və Fransanın “PSJ” klubları arasında olacaq. Hər iki tərəf oyuna itkilərlə çıxacaq.

“PSJ” əsas qol silahları olan Edinson Kavani və Neymar, eləcə də, müdafiəçi Toma Mönyenin xidmətlərindən istifadə edə bilməyəcək. 

“Mançester Yunayted”də isə Antonio Valensiya, Markos Roxo, Matteo Darmian iştirak ərizəsinə salınmayacaq. 

Digər qarşılaşma isə İtaliyanın “Roma” və Portuqaliyanın “Porto” klubları arasında baş tutacaq. 

12 fevral

00:00. “Roma” (İtaliya) – “Porto” (Portuqaliya)

00:00. “Mançester Yunayted” (İngiltərə) – “PSJ” (Fransa)

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri