12 
Fev
2019
11:27
233
24
5867
Virtual karabakh

Azərbaycanlı döyüşçü UFC-də çıxış edəcək - FOTO/VİDEO

12 Fev, 2019
11:27
5867

Azərbaycanlı döyüşçü UFC-də çıxış edəcək - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milliyyətcə azərbaycanlı olan Rafael Fiziyev dünyanın ən məşhur MMA yarışı olan UFC-də çıxış edəcək.

Oxu.Az xəbər verir ki, Qırğızıstan vətəndaşlığı olan Fiziyev bu ay UFC ilə müqavilə bağlayıb. 

İdmançının özü bu xəbəri üç gün əvvəl Tailandda olarkən öyrənib. Meneceri Sayad Əbdürəhmanovun ona bu xəbəri çatdırmasından sonra idmançı təsirlənib, xəbərə inana bilmədiyini deyib.

“Ataman” ləqəbli Fiziyevin UFC-də ilk döyüşü aprelin 20-də Rusiyanın Sankt-Peterburq şəhərində baş tutacaq. UFC FN 149 turnirində onun rəqibinin kim olacağı hələlik bilinmir.

Rafael Fiziyev isə iki bayraqla döyüşlərə çıxacaq:

“İnşallah, mən oktaqonda iki bayraq qaldıracağam. Biri ölkəm olan Qırğızıstanın bayrağı olacaqsa, digəri Azərbaycanınkı olacaq. Çünki mən azərbaycanlıyam”.

Qeyd edək ki, Rafael Fiziyev peşəkar MMA-da altı döyüş keçirib və hamısında qalib gəlib. Onun qalib gəldiyi döyüşçülər arasında azərbaycanlı Gündüz Nəbiyev də var. Bu döyüş 2016-cı ilin oktyabrın 10-da Qırğızıstanın paytaxtı Bişkekdə olub. Fiziyev birinci raundda Nəbiyevi təslim olmağa vadar edib.

MMA-dan başqa, kikboksinq və muay tayla da məşğuldur. Muay tayda 40 qələbəsi var ki, bunlardan 29-da nokaut qeydə alınıb. Onun MMA-da ən məşhur döyüşlərindən biri 2017-ci ilin iyunun 10-da cənubi koreyalı Seunq Yeon Kimə qarşı döyüşdür. Cənubi Koreyanın paytaxtı Seulda keçirilmiş döyüşdə Rafael Fiziyevin əli qırılsa da, qalib gəlməyi bacarıb.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri