13 
Fev
2019
18:54
106
60
4952
Virtual karabakh

Kamran Ağayevin reklama görə komandasını tərk etdiyi təsdiqləndi

13 Fev, 2019
18:54
4952

Kamran Ağayevin reklama görə komandasını tərk etdiyi təsdiqləndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Millimizin qapıçısı Kamran Ağayevin “Keşlə” klubunun Türkiyədəki təlim-məşq toplanışını iki gün erkən tərk etməsi birmənalı qarşılanmayıb.

Oxu.Az xəbər verir ki, onun müqaviləsi olduğu “Coca-Cola”nın Novruz bayramı üçün nəzərdə tutulmuş reklam çəkilişi üçün Azərbaycana tez döndüyü bildirilir.

Nəticədə, onun komandası qapıçısız qalıb və yoxlama oyununa üçüncü qapıçı Şahin Zəkiyevlə çıxıb (ikinci qapıçı Davud Kərimi zədəli olub – S.M.). Bu isə baş məşqçi Tərlan Əhmədovun xoşuna gəlməyib.

Məsələ ilə bağlı “Coca-Cola Azerbaijan” şirkətindən fikir öyrəndik. Şirkətdən Kamran Ağayevin reklamda çəkildiyi təsdiq edildi. Kamran Ağayevin özü isə bunu təsdiq etmək istəməyib:

“Bəli, Antalya toplanışını vaxtından əvvəl tərk etmişəm. Amma bu, qeyri-rəsmi, icazəsiz olmayıb. Həm də reklam üçün yox, şəxsi həyatımla bağlı məsələdən ötrü Bakıya dönmüşəm. Komandadan iki gün qabaq qayıtmışam. Digər tərəfdən, lap reklama çəkilmək üçün dönmüşəm, bunun kimə nə aidiyyəti var? Şəxsi işlərim heç kimə, o cümlədən, mətbuata maraqlı olmamalıdır.

Bəli, “Coca-Cola”nın reklamına çəkilmək də təklif edilib. Yazırlar ki, ciddi məbləğ müqabilində razılaşıb. Başa düşmürəm, pul qazanmağım niyə başqalarını qıcıqlandırır? Niyə qısqanırlar? Bu, şəxsi işimdir. İcazə ala da bilərəm, almaya da. Amma “Keşlə”də belə bir şey yoxdur. Hər şey baş məşqçinin bilgisi, icazəsi əsasında olur.

İstənilən komandada səhv varsa, baş məşqçi ilə futbolçu arasında emosional gərginlik olacaq. Lakin bunun ümumi münasibətə aidiyyəti yoxdur. Nəticə axtarırsansa, gərginlik olacaq”.

Qeyd edək ki, Kamran Ağayev artıq bir neçə dəfə komandasını pis vəziyyətdə qoyması ilə tanınıb. Ötən ilin sonlarında millimizin Kosovo ilə Millət Liqasının həlledici görüşü zamanı zədəsini əsas gətirərək səfərə çıxmaqdan imtina etməsi hələ də unudulmayıb.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri