14 
Fev
2019
02:13
127
58
5784
Virtual karabakh

“Real” ardıcıl yeddinci dəfə “Ayaks”a qalib gəldi - VİDEO

14 Fev, 2019
02:13
5784

“Real” ardıcıl yeddinci dəfə “Ayaks”a qalib gəldi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Çempionlar Liqasında 1/8 finalın daha bir görüşü Hollandiyanın paytaxtı Amsterdamda baş tutub.

Oxu.Az xəbər verir ki, burda yerli “Ayaks”la Madrid “Real”ı üz-üzə gəlib.

Digər 1/8 final matçlarında olduğu kimi, bu görüşün ilk hissəsində də hesab açılmayıb. Baxmayaraq ki, meydan sahibləri qol vursa da, ilk dəfə VAR sistemi işə düşərək qolun oyundankənar vəziyyətdə vurulduğunu qeydə alıb. 

Fasilədən sonra tamaşaçılar üç qol görüb. Əvvəlcə fransalı hücumçu Karim Benzema qonaqları hesabda önə çıxarıb. Lakin Mərakeş millisinin Hollandiya doğumlu futbolçusu Hakim Ziyeş hesabı bərabərləşdirib. Lakin görüşün əsas vaxtının başa çatmasına üç dəqiqə qalmış Marko Asensyo “Real”a qələbə qolunu vurub. Bununla da “Real” ardıcıl yeddinci dəfə “Ayaks”ı məğlub edib.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri