14 
Fev
2019
12:42
88
25
3324
Virtual karabakh

“Qalatasaray” Bakıya gələ biləcəkmi? - PREVYU

14 Fev, 2019
12:42
3324

“Qalatasaray” Bakıya gələ biləcəkmi? - PREVYU

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün UEFA Avropa Liqasında 1/16 final həyəcanına start veriləcək.

Oxu.Az xəbər verir ki, Azərbaycan azarkeşlərinin gözü İstanbulda olacaq. 

İki gün əvvəl “Fənərbaxça” İstanbulda “Zenit”i məğlub edib. “Qalatasaray” da əzəli rəqibi kimi öz meydanında Portuqaliya nəhənglərindən olan “Benfika”ya qalib gəlməyə çalışacaq. Hər iki komanda indiyədək dörd dəfə üz-üzə gəlib. Düzdür, bunların biri yoxlama matçı olub. Tərəflər hərəyə iki qələbə qazanıb. Top fərqi də bərabərdir – 5:5.

Günün ən maraqla gözlənilən qarşılaşması isə İtaliyanın paytaxtı Romada olacaq. Burda “Latsio” Avroliqanın üçqat qalibi “Sevilya” ilə görüşəcək.

1/16 final

21:55 “Krasnodar” (Rusiya) – “Bayer” (Almaniya)

21:55 “Qalatasaray” (Türkiyə) – “Benfika” (Portuqaliya)

21:55 “Latsio” (İtaliya) – “Sevilya” (İspaniya)

21:55 “Rapid” (Avstriya) – “İnter” (İtaliya)

21:55 “Ren” (Fransa) – “Betis” (İspaniya)

21:55 “Slaviya” (Çexiya) – “Qenk” (Belçika)

21:55 BATE (Belarus) – “Arsenal” (İngiltərə)

21:55 “Olimpiakos” (Yunanıstan) – “Dinamo” (Ukrayna)

00:00 “Brüqe” (Belçika) – “Zalsburq” (Avstriya)

00:00 “Malmö” (İsveç) – “Çelsi” (İngiltərə)

00:00 “Seltik” (Şotlandiya) – “Valensiya” (İspaniya)

00:00 “Sportinq” (Portuqaliya) – “Vilareal” (İspaniya)

00:00 “Sürix” (İsveçrə) – “Napoli” (İtaliya)

00:00 “Şaxtyor” (Ukrayna) – “Ayntraxt” (Almaniya)

00:00 “Viktoriya” (Çexiya) – “Dinamo” (Xorvatiya)

Qeyd edək ki, Avroliqanın finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri