15 
Fev
2019
11:26
272
27
5417
Virtual karabakh

Qurban Qurbanovun oğlu İspaniya klubuna dörd qol vurdu

15 Fev, 2019
11:26
5417

Qurban Qurbanovun oğlu İspaniya klubuna dörd qol vurdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması (U-19) növbəti oyununu keçirib.

Oxu.Az xəbər verir ki, İspaniyanın “Ranero” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə oyun 6:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.

Millimizin qollarını Musa Qurbanlı (4), İdris İnqilablı və Kamran Quliyev vurub.

Oyundan sonra dörd qola imza atmış Qurban Qurbanovun oğlu olan Musa Qurbanlı AFFA-nın saytına fikirlərini bildirib:

“Komandada yaxşı ab-hava var. İlk oyunda İspaniya yığması kimi güclü komandaya qarşı oynadıq. Uduzsaq da, layiqli mübarizə apardıq. “Ranero” ilə oyuna gəlincə, qələbə qazanmaq həmişə xoşdur. Qarşıda bizi Şotlandiya yığması ilə çətin oyun gözləyir. Həmin oyunda da maksimum nəticə qazanmaq istəyirik.

Avropa çempionatının elit-raund mərhələsində İrlandiya, Rusiya, Rumıniya kimi güclü komandalarla qarşılaşacağıq. Onlara qarşı var gücümüzlə mübarizə aparacağıq. Təbii ki, əsas məqsədimiz qrupdan çıxmaqdır. İnanıram ki, bu təlim-məşq toplanışında əldə etdiyimiz təcrübə elit-raundda bizə faydalı olacaq”.

Qeyd edək ki, Avropa çempionatının elit-raunduna hazırlaşan U-19 millimiz hazırlıq çərçivəsində əvvəl İspaniya U-19-na 0:2 hesabı ilə uduzmuşdu. Komandamız sonuncu oyununu fevralın 17-də şotlandiyalı həmyaşıdlarına qarşı keçirəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri