15 
Fev
2019
15:32
68
43
3144
Virtual karabakh

Avrokubokda “Qarabağ”a qarşı oynamış legioner “Neftçi”də - FOTO/VİDEO

15 Fev, 2019
15:32
3144

Avrokubokda “Qarabağ”a qarşı oynamış legioner “Neftçi”də - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi” moldovalı futbolçu Petru Raku ilə bağladığı müqavilənin müddətini açıqlayıb.

Oxu.Az xəbər verir ki, onunla mövsümün sonunadək müqavilə bağlanıb.

31 yaşlı müdafiəçi yeni komandasının heyətində 4 nömrəli formanı geyinəcək.

15:07

“Neftçi” daha bir transfer həyata keçirib.

Oxu.Az xəbər verir ki, Bakı klubu moldovalı mərkəz müdafiəçisi olan Petru Rakunu transfer edib.

31 yaşlı futbolçu ölkəsində “Zimbru”da oynadıqdan sonra Skandinaviyada legioner həyatına başlayıb. O, 2007-ci ildə İsveçin “Norrşöpinq” klubuna transfer olunub. Raku ilk ildəcə İsveçin I divizionunun qalibi olaraq elitaya yüksəlib. Burada oynadığı müddətdə Finlandiyanın MüPa klubunda da icarə əsasında çıxış etmiş Raku 2012-ci ildə Danimarkanın “Yörrinq” komandasına keçib. Lakin o, Danimarkada əsas heyətə düşməyərək altı ay sonra vətəninə qayıdıb.

Moldovada “Veris” və “Milsami” klublarında oynamış Rakunun son komandası “Qarabağ”la Çempionlar Liqası və Avropa Liqasında qarşılaşmış “Şerif” olub. Həmin vaxt onun baş məşqçisi indi “Neftçi”ni çalışdıran Roberto Bordin olub. O, son iki Moldova klubu ilə üç dəfə ölkəsinin qızıl medalını qazanıb.

Raku 2017-ci il və 2018-ci ilin yayında avrokuboklarda “Şerif”in “Qarabağ”la keçirdiyi dörd görüşün hamısında oynayıb. 2017-ci ildəki ilk iki matçda 90 dəqiqə meydanda olmuş Raku ötən ilin avqustunda keçirilən görüşlərdə daha az oynayıb.

O, Tiraspolda “Şerif”in 1:0 qalib gəldiyi matçın yalnız 88-ci dəqiqəsində meydana çıxıb. Bir həftə sonra Bakıda “Qarabağ”ın 3:0 qalib gəldiyi qarşılaşmada isə Raku start heyətdə olub. O, bu matçda 55 dəqiqə meydanda olub və 31-ci dəqiqədə sarı vərəqə alıb. Raku cari mövsüm “Şerif”lə Moldova çempionatında 17 matça çıxıb və ilin sonunda 1,5 il oynadığı klubdan ayrılıb. O, “Neftçi”yə pulsuz başa gəlib.

Petru Raku fevralın 21-də Qazaxıstanla keçiriləcək yoldaşlıq oyununa çağırılmasa da, Moldova millisinin üzvüdür. O, 48 matçda meydana çıxıb və bir qol vurub.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri