15 
Fev
2019
17:49
147
331
18274
Virtual karabakh

“Miss Tailand” Bakıda yaşamağa gəlir - FOTO/VİDEO

15 Fev, 2019
17:49
18274

“Miss Tailand” Bakıda yaşamağa gəlir - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tailand gözəli Miks Haksholm Azərbaycanda yaşayacaq.

Oxu.Az-ın xəbərinə görə, o, “Neftçi”nin yeni transferi Petru Rakunun həyat yoldaşı kimi Bakıda məskunlaşacaq.

1981-ci ildə Tailandda doğulmuş, atası danimarkalı olan Haksholm 2003-cü ilə Caneyira Keardprasop adı ilə “Miss Tailand” seçilib. O, həmin il Miss Dünya yarışında da iştirak edib. Polyak əsilli isveçli rejissor Peter Qaşinski onun haqqında sənədli film çəkib və 2004-cü ildə SVT telekanalında göstərilib.

Haksholm Tailandda doğulsa da, İsveçdə böyüyüb. O, əvvəl Tailand, daha sonra İsveç millisində kamandan oxatma üzrə yığma komandanın üzvü olub. 2005-ci ildə Tailandda kamandan oxatma üzrə idman ustası adına yiyələnib.

O, 2012-ci ildə Yay Olimpiya Oyunlarında iştirak etmək istəsə də, rəqabətdən məğlub ayrılaraq yığmaya götürülməyib. Bununla belə, o, komandaya dəstək olmaq üçün Londona yollananlar arasında olub.

38 yaşlı model özündən altı yaş balaca olan Raku ilə futbolçu 2007-2011-ci illərdə İsveçdə yaşayarkən tanış olub. Hələ onda tərəflərin 20 və 26 yaşları olub. Tanışlıqdan altı ay sonra Raku evlənmək təklifi ilə müraciət edib.

Qeyd edək ki, Moldova çempionu “Şerif”lə dörd dəfə avrokuboklarda “Qarabağ”a qarşı oynamış Petru Raku “Neftçi” ilə cari mövsümün sonunadək müqavilə bağlayıb. Bu isə o deməkdir ki, Tailand və İsveç jurnalları üçün dietoloq kimi məsləhətlər verən model Miks Haksholm ən azı yayadək Azərbaycanda yaşayacaq.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri