16 
Fev
2019
12:45
257
18
2175
yuxarı
11 yaşlı idmançılarımız Latviyada üç medal qazandı - FOTO
16 Fev, 2019
12:45
2175
257
18
11 yaşlı idmançılarımız Latviyada üç medal qazandı - FOTO
Latviyanın paytaxtı Riqada keçirilən Gənclər Açıq Kuboku turnirində 2007-ci il təvəllüdədək idmançıların yarışları başa çatıb.
Oxu.Az xəbər verir ki, ölkəmizi təmsil edən Adil Əhmədzadə (2008) gümüş, Hüseyn Eylazov (2008) isə bürünc medal qazanıb.
Qızların oyunlarında isə Arzu Aslanova (2008) bürünc medala yiyələnib.
Qeyd edək ki, turnirdə Azərbaycan, Rusiya, Ukrayna, Estoniya, Belarus, İngiltərə, İslandiya, Polşa, Latviya, Litva, Özbəkistan, Norveç və Farer adalarından həmin yaş qrupunda altmışa yaxın idmançı mübarizə aparıb.
Digər yaş qruplarının oyunları 17 fevral tarixinədək davam edəcək.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək